Azərbaycan cüdoçusu bürünc medal qazandı

Hazırda oxunan: Azərbaycan cüdoçusu bürünc medal qazandı

633741

Azərbaycan cüdoçusu Ömər Rəcəbli İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
 

Bizim.Media "Report"a istinadla xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö. Rəcəbli bürünc mükafata sahib çıxıb

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) medal qazana bilməyib.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.

Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin