Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Hazırda oxunan: Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

633439

UEFA Avropa Liqasının pley-off mərhələsində “Ferensvaroş”a 0:4 hesabı ilə məğlub olan “Trabzonspor”da baş məşqçi Fatih Tekke istefa qərarı açıqlayıb.

Bizim.Media xəbər verir ki, Budapeştdəki “Qrupama Arena”da keçirilən cavab görüşündə Türkiyə klubu meydan sahiblərinə böyük hesabla uduzub və Avropa Liqasının əsas mərhələsinə yüksələ bilməyib.

Oyundan sonra canlı yayımda danışan Tekke 18 aylıq fəaliyyətinin ardından istefa verdiyini bildirib. O, ağır məğlubiyyətin onun üçün qəbuledilməz olduğunu vurğulayıb:

“Bəzi matçlar insanı dərindən incidir. Bugünkü məğlubiyyət qəbuledilməzdir. Uğursuzluq qəbul edilə bilər, amma mən bunu qəbul edə bilmərəm. Əlimizdən gələni etdik”.

Qeyd edək ki, Tekkenin istefa açıqlamasına baxmayaraq, “Trabzonspor” rəhbərliyi onun istefasını qəbul etməyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin