Millimiz dünya çempionatını 8 medalla başa vurdu

Hazırda oxunan: Millimiz dünya çempionatını 8 medalla başa vurdu

633395

Bakıda keçirilən U-17 çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri 8 medal qazanıblar.

Bizim.Media xəbər verir ki, millinin üzvləri yarışda 2 qızıl, 3 gümüş və 3 bürünc mükafata sahib olublar.
 

Oğlanların mübarizəsində Elcan Həsənov (60 kq) və Nihat Süleymanlı (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əlirza Heybətli (60 kq) və Elgün Kərimli (90 kq) gümüş, Tunar Quliyev (70 kq) və Ruslan Vəliyev (80 kq) isə bürünc medala yiyələniblər.


Qızların yarışında Rəna Nuriyeva (65 kq) gümüş, Simurə Abdullayeva (75 kq) bürünc mükafat qazanıb.

Yekun nəticələrə əsasən, qadınların komanda hesabında Azərbaycan birinci, ABŞ ikinci, Yaponiya üçüncü olub. Kişilərin mübarizəsində isə İran birinci, Azərbaycan ikinci, Seneqal üçüncü yeri tutub.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin