7 yaşlı uşaq itin hücumuna məruz qaldı

Hazırda oxunan: 7 yaşlı uşaq itin hücumuna məruz qaldı

52865
Şəkidə 7 yaşlı uşağı it dişləyib. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Daşağıl kəndində baş verib.

Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Xəqan Vüqar oğlu Babayev küçədə sahibsiz itin hücumuna məruz qalıb. İt uşağın bədəninin baş nahiyəsindən dişləyib. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub. Ona quduzluğa qarşı peyvənd vurulub. Hazırda uşağın müalicəsi davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin