Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Hazırda oxunan: Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

629756

ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqseti nümayiş etdirdiyi fəaliyyətə görə tərifləyib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Mən Pit Heqsetin işindən son dərəcə razıyam. Hər şey mükəmməl gedir, o cümlədən hədəfə bir gündən az müddətdə nail olunduğu Venesuelaya qarşı əməliyyatımız da bura daxildir. Eyni şey İrana da aiddir: oradakı vəziyyət uğurla inkişaf edir — nüvə silahının yaranmasının qarşısını almaq üçün ölkə darmadağın edilib", - paylaşımda qeyd olunub.

Bundan əlavə, ABŞ Prezidenti Heqset dövründə DEI (müxtəliflik, bərabərlik və inklüzivlik) proqramlarının ləğv edildiyini və hərbi xidmətə qəbulun rekord səviyyələrə çatdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin