Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

629738

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

"Beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qorunmasının vacibliyini bir daha təsdiqlədik, həmçinin regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın əhəmiyyətini vurğuladıq", - paylaşımda qeyd olunub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin