Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Hazırda oxunan: Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

629718

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor müavini təyin olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Xanım Sultanova Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor müavini vəzifəsinə təyin olunub.
 

Xanım Sultanova ali və magistr təhsilinə malik olmaqla yanaşı, uzun illər ali təhsil sahəsində elmi-pedaqoji fəaliyyət göstərmiş, tədris, idarəetmə və akademik təşkilatlanma istiqamətlərində təcrübələr qazanıb. O, həmçinin müxtəlif beynəlxalq elmi konfranslarda uğurla iştirak edib, bir sıra elmi məqalələrin müəllifidir.


Xanım Sultanova son təyinatadək UNEC-in Zaqatala filialının iqtisadiyyat kafedrasında, eyni zamanda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim vəzifəsində çalışıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin