Tərtərdə ər və arvad yanaraq ölüblər.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi yaşayış evində baş verib.
Yanğının qəsdən törədildiyi iddia edilir.
Yanğın yanğından mühafizə bölmələrinin əməkdaşları tərəfindən söndürülüb. Yanğından sonra evə baxış keçirilərkən ev sahibləri - 85 yaşlı Əsgər Səmədov və həyat yoldaşı, 72 yaşlı Adilə Hüseynovanın yanmış meyitləri aşkarlanıb.
Yanğının qəsdən törədildiyi və evdən 16 min manata yaxın pulun yoxa çıxdığı iddia olunur.
Hər iki meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə aparılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Bizim.Media






































































































