Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Hazırda oxunan: Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

629684

Bu gün günorta saatlarında Bakıda iki sərnişin avtobusu toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, toqquşan 125 nömrəli və E1 nömrəli xətlərin avtobusları olub. Xəsarət alan olmayıb.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva oxu.az-a açıqlamasında faktı təsdiqləyib.

"Bu gün saat 14:20-də "BakuBus" MMC-nin istismarında olan 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə Zərifə Əliyeva küçəsi, 1 ünvanında kiçik yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, hadisə avtobus dayanacaqda dayandığı zaman baş verib. Qəza ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmanın nəticəsinə əsasən müəyyən ediləcək.

Hadisədən sonra sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək ehtiyat avtobusa yönləndiriliblər və marşrut üzrə hərəkət qrafiki qısa müddət ərzində bərpa olunub", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin