Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub.
Bizim.Media quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 %, proqnozdan isə 8 % çoxdur.
7 aylıq vergi daxilolmalarının 8 milyard 488,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 11,8 %, proqnozdan isə 3,1 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:45 / 06.08.2026
7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?
Hazırda oxunan: 7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?
Hazırda oxunan: 7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?
629689
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































