Rusiyada itkin düşən təyyarə tapıldı

Hazırda oxunan: Rusiyada itkin düşən təyyarə tapıldı

629697

Rusiyanın İrkutsk vilayətində itkin düşən Cessna 182 tipli təyyarə axtarış-xilasetmə əməliyyatı zamanı havadan aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu "İnterfaks" agentliyinə məlumat verib.

Bundan əvvəl İrkutsk vilayətinin qubernatoru İqor Kobzev itkin düşən təyyarənin ekipajı ilə əlaqə yaradıldığını açıqlamışdı.
 

Onun sözlərinə görə, pilot və müşahidəçi-pilot sağdır. Onlar təpəyə qalxaraq özlərinin topladığı radiostansiya vasitəsilə Bodaybo–İrkutsk marşrutu ilə uçan təyyarəyə koordinatlarını ötürüblər. Eyni zamanda valideynlərinə sağ və salamat olduqları barədə məlumat çatdırılmasını xahiş ediblər.


Xatırladaq ki, 3 avqust tarixində İrkutsk vilayətinin Bodaybo rayonunda meşə yanğınları ilə bağlı monitorinq aparan Cessna 182 təyyarəsi müəyyən olunmuş vaxtda rabitəyə çıxmayıb və uçuşa başladığı aerodroma qayıtmayıb.

Təyyarənin göyərtəsində iki nəfər – hava gəmisinin komandiri və müşahidəçi-pilot olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin