Paşinyanın əsas siyasi rəqibinə yeni ittihamlar irəli sürüldü

Hazırda oxunan: Paşinyanın əsas siyasi rəqibinə yeni ittihamlar irəli sürüldü

629705

Ermənistanda "Çiçəklənən Ermənistan" Partiyasının lideri, Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərindən biri hesab olunan Qagik Çarukyana qarşı yeni ittihamlar irəli sürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, yeni ittihamlar 2,5 milyon dollar məbləğində hədə-qorxu ilə tələb etmə və qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuma) ilə bağlıdır.

Erməni mediasının məlumatına görə, oliqarx Qagik Çarukyan iyulun 7-də saxlanılıb və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona əvvəlcə xüsusilə külli miqdarda dələduzluğa kömək etmək və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması ittihamları irəli sürülmüşdü.

Qeyd edək ki, Qagik Çarukyan uzun illər Ermənistan siyasətində əsas müxalif fiqurlardan biri olub və Nikol Paşinyanın hakimiyyətinə qarşı çıxan siyasi qüvvələrin ön sıralarında yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin