Ukrayna Prezidenti Volodimir Zelenski Serbiyaya ilk rəsmi səfərini reallaşdıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyinə müsahibəsində Ukraynanın yüksək rütbəli rəsmisi məlumat verib.
Mənbənin verdiyi məlumata görə, səfər 8 avqust tarixinə planlaşdırılıb. Rəsmi şəxs Serbiyanın ənənəvi olaraq Moskva ilə yaxın münasibətlər saxladığını nəzərə alaraq, bu səfərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
"Biz serbləri Rusiyadan uzaqlaşdırmalıyıq", – deyə agentliyin həmsöhbəti qeyd edib və əlavə edib ki, Zelenskinin Belqrada səfəri Rusiya siyasətinə qarşı simvolik bir jest ola bilər.
Bizim.Media






































































































