Məhkəmə blogerin Səidə Bəkirqızına qarşı şikayətini RƏDD ETDİ

Hazırda oxunan: Məhkəmə blogerin Səidə Bəkirqızına qarşı şikayətini RƏDD ETDİ

629720

Avqustun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə apellyasiya baxışı keçirilib.

Bizim.Media-nın məlumatına görə, jurnalistin vəkili Yaqub Nəcəfli bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Şəhər Məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərarını qüvvədə saxlayıb.

Vəkilin sözlərinə görə, bununla da Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmə icraatına qəbul edilməmiş hesab olunub.

Yaqub Nəcəfli qeyd edib ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək şikayəti təmin etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin