Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Hazırda oxunan: Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

629723

Qızılın bir unsiyasının qiyməti iyul ayını demək olar ki, başladığı səviyyədə – 4 027 ABŞ dollarında başa vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) aylıq hesabatında qeyd edilib.

Məqalədə qeyd edilib ki, ay ərzində qızılın qiyməti bir neçə dəfə 4 000 dollar həddini sınayıb. İlin əvvəlindən indiyədək isə qızıl 8% ucuzlaşıb.

İyulda qızıla bağlı qlobal birja investisiya fondlarına 3 milyard ABŞ dolları həcmində vəsait daxil olub.

Hesabat dövründə qızıl bazarında likvidlik də zəifləyib. Belə ki, orta gündəlik ticarət həcmi aylıq müqayisədə 3,5% azalaraq 356 milyard ABŞ dollarına enib.

Mütəxəssislərin fikrincə, növbəti dövrdə qızılın qiymət dinamikası əsasən real faiz dərəcələrinin, ABŞ dollarının məzənnəsinin və iqtisadi artım gözləntilərinin necə dəyişəcəyindən asılı olacaq. Bununla yanaşı, mərkəzi bankların və Asiya investorlarının qızıla tələbi də mühüm rol oynayacaq. (teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin