Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Hazırda oxunan: Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

629757

Avropada qaz çatışmazlığı fonunda Avropa Birliyi Türkiyədən tədarük etdiyi qazın Rusiya mənşəli olmadığından əmin olmağı xahiş edib, baxmayaraq ki, qazın mənbəyini müəyyən etmək faktiki olaraq mümkün deyil.

Bizim.Media xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bu açıqlamanı “Ahaber” televiziya kanalına verib.
 

"Avropalılar bizə gəlir və Rusiyanınkı istisna olmaqla, istənilən qazı tədarük etməyi xahiş edirlər. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, boru kəmərinə daxil olan istənilən qazın mənbəyi naməlumdur", - deyə nazir qeyd edib.


O vurğulayıb ki, Avropa ölkələri Rusiyadan qaz alışını dayandırmaq qərarından sonra ciddi iqtisadi və infrastruktur çətinlikləri ilə üzləşiblər. Bayraktarın sözlərinə görə, Avropa siyasətçiləri geosiyasi mülahizələrdən çıxış edərək öz dövlətləri üçün bu mürəkkəb şəraiti özləri yaradıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin