Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Hazırda oxunan: Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

629710

Bakının Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
 

Bildirilib ki, məhdudiyyət səbəbindən avqustun 7-10-da 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.


Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

14 və 96 nömrəli marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin