Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Hazırda oxunan: Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

629755

Çeçenistan Respublikasının hazırkı rəhbəri Ramzan Kadırov region rəhbərliyinə keçiriləcək növbəti seçkilərdə namizəd kimi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə respublika seçki komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Çeçenistan Respublikasının Seçki Komissiyası "Yedinaya Rossiya" (Vahid Rusiya) Ümumrusiya siyasi partiyasının Çeçenistan regional bölməsi tərəfindən irəli sürülmüş, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovu Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə namizəd kimi qeydə alıb.

Xatırladaq ki, Kadırov sentyabr ayında baş tutacaq seçkilərdə iştirak etmək üçün tələb olunan sənədləri iyul ayında təqdim etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin