Qara dənizdə Almaniyaya məxsus "EMIL" yük gəmisi Rusiyanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Euronews və Bild nəşrləri məlumat yayıb.
Gəmi bir neçə dəfə dronlarla vurulub. Hücum nəticəsində gəmidə yanğın baş verib, bir sıra texniki sistemlər sıradan çıxıb və gəmi idarəetməni itirib.
Bildirilir ki, ekipaj üzvləri təxliyə edilərkən gəmiyə yenidən hücum olunub. Gəmidə ümumilikdə 11 nəfər olub. Onların heç biri Almaniya vətəndaşı deyil və xəsarət alan olmayıb.
Hadisənin Ukraynanın Odessa şəhərindən təxminən 21 dəniz mili məsafəsində, Qara dənizdə baş verdiyi qeyd edilir. Liberiya bayrağı altında üzən "EMIL" yük gəmisi Almaniyanın Hamburq şəhərində yerləşən Johann M. K. Blumenthal GmbH & Co. KG şirkətinə məxsusdur.
Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında Qara dənizin Odessa şəhərinin cənub və şərq istiqamətlərində iki yük gəmisinə zərbə endirildiyini təsdiqləyib.
Nazirliyin iddiasına görə, həmin gəmilər hərbi təyinatlı yüklər daşıyırmış.
Məlumata əsasən, hücuma məruz qalan ikinci gəmi Qvineya-Bisau bayrağı altında üzən "Mera Queen" taxıldaşıyan gəmisidir. Bild nəşrinin yazdığına görə, həmin hücum zamanı ekipaj üzvlərindən biri həlak olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:57 / 06.08.2026
Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU
Hazırda oxunan: Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU
Hazırda oxunan: Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU
629679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































