Taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün imtahan keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün ümumilikdə 1840 namizəd qeydiyyatdan keçib.
Onlardan 1735 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1317 namizəd (taksi – 1122, ÖSD – 47, ÖYD - 148) tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 7 və 10-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:20 / 06.08.2026
Sürücülərin imtahan nəticələri AÇIQLANDI
Hazırda oxunan: Sürücülərin imtahan nəticələri AÇIQLANDI
Hazırda oxunan: Sürücülərin imtahan nəticələri AÇIQLANDI
629708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































