Polşada Avropanın ən hündür Məryəm Ana heykəlinin açılışı keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Kuyaviya-Pomorsk voyevodalığında, Torun şəhəri yaxınlığındakı kiçik Konotopye kəndində inşa edilən 55,6 metrlik abidənin rəsmi açılışı 15 avqust tarixində – Roma Katolik Kilsəsinin əsas dini bayramlarından biri olan Müqəddəs Məryəmin Göyə Qaldırılması günündə baş tutacaq.
Heykəlin təqdis mərasiminə yepiskop Kşiştof Ventkovski rəhbərlik edəcək.
Bildirilir ki, abidə hündürlüyünə görə Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən və postamenti ilə birlikdə təxminən 38,5 metr olan məşhur Məsih-Xilaskar heykəlini geridə qoyur.
Heykəlin postamenti ilə birlikdə ümumi hündürlüyü isə 98 metrdən çoxdur.
Konotopyedəki heykəlin tikintisinə 2025-ci ildə heykəltəraş Adam Yakub Mateykovskinin layihəsi əsasında başlanılıb.
Layihənin maliyyələşdirilməsini sahibkar Roman Karkosik və həyat yoldaşı Qrajina Karkosik "minnətdarlıq hədiyyəsi" olaraq öz üzərlərinə götürüblər.
Məlumata əsasən, tikintinin dəyəri təxminən 23 milyon avro təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:56 / 06.08.2026
Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq
Hazırda oxunan: Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq
Hazırda oxunan: Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq
629701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































