3 yüksək çinli zabit rüşvətxorluğa görə həbs olundu

Hazırda oxunan: 3 yüksək çinli zabit rüşvətxorluğa görə həbs olundu

88083

Müdafiə Nazirliyi: “Toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”x9d

Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər. Haqqin.az bu barədə etibarlı mənbələrə istinadən məlumat yayıb. Daha sonra Səbayel Rayon Məhkəməsi onların barəsində həbs-qətimkan tədbiri tətbiq edib. Baş hərbi müfəttişliyin əməkdaşları rüşvətxorluqda ittiham edilirlər.



Haqqin.az redaksiyasına saxlanılan yüksək vəzifəli zabitlərin adları məlumdur, amma dəfələrlə edilən müraciətlərə baxmayaraq Baş Prokurorluq saxlanılan şəxslərin adını açıqlamayıb.

Xəbərdə deyilir ki, həbslər barədə dövlət başçısı İlham Əliyevə məlumat verilib. Yüksək vəzifəli şəxslərin cəlb edildiyi korrupsiya qalmaqalının araşdırılması ölkə prezidentinin şəxsi sərəncamı üzrə aparılır.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur. O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib. Lakin ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinin gözləntilərinin əksinə olaraq, hərbi idarənin əsas bölmələrindən birində neqativ halların qarşısı alınmayıb, əksinə, belə hallar daha da geniş miqyas alıb.


Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, adıçəkilən şəxslərin saxlanması ilə bağlı onda çoxdan məlumat var idi: “Bu məlumatı mən Baş Prokurorluqdakı dostlardan almışdm. Əslinə qalsa, bu məlumatın kökü bir neçə ay bundan qabağa gedir. Sağ olsun MTN və onun Hərbi Əks-Kəşfiyyat İdarəsi. Dediyim kimi, bu barədə məlumat var idi və onun aşkarlanması gec-tez baş verməliydi. Çox təəssüflər olsun ki, Baş hərbi müfəttişliyin əməkdaşları tərəfindən belə hərəkətlərə yol verilib. Çünki bu qurum ordunun görən gözü, eşidən qulağı olmalıydı. Çox təəssüflər olsun ki, bu müfəttişliyin əvvəlki rəhbəri general Məmməd Beydullayev olub, hansı ki, indi Müdafiə Nazirliyi sistemində xidmət keçir. Mərhum Heydər Əliyev bu adamı ordudan uzaqlaşdırmışdı. Çox təəssüflər olsun ki, həm Səfər Əbiyevin, həm də Zakir Həsənovun dönəmində yenidən orduda oldu. Bu kadrların da əksəriyyəti Beydullayevin həmin əməllərinin bir növ davamçılarıdır. Baxmayarq ki, müfəttişliyin rəisi Fəxrəddin Cəbrayılov hörmətli şəxsdir, Azərbaycanın Milli Qəhrəmanıdır və Zakir Həsənov tərəfindən bu vəzifəyə layiq görülüb”x9d. Ü.Cəfərov güman edir ki, həbs olunan əməkdaşlar rəhbərliyin xəbəri olmadan müəyyən əməlləri həyata keçirib: “Fəxrəddin Cəbrayılovun burada birbaşa rolu yoxdur, amma onun yeganə məsuliyyəti odur ki, tabeliyində olan şəxslər yaramaz əməllərlə məşğul olublar. Burada rüşvət və korrupsiya hallarından söhbət gedir. İndi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu məsələləri araşdırır. Mən dəfələrlə qeyd etmişdim, yenə deyirəm ki, təəssüflər olsun ki, bu gün Müdafiə Nazirliyi sistemində bəzi şəxslər var ki, çirkin əməllərdən əl çəkmirlər”x9d.


Moderator.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə “Yeni Müsavat”x9dın sorğusuna cavab olaraq xəbəri təsdiqləyiblər:

“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılmış və toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış və hazırda istintaq aparılır.

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi, tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır". (musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin