Bugünlərdə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətlə dialoq üçün hazırlıq işlərinin aparıldığını bildirib.
Maraqlıdır, hakimiyyətin
müxalifətlə dialoqa can atmasının arxasında hansı səbəblər dayanır? Doğrudanmı,
ümummilli məsələlərdə müxalifətlə bir araya gəlməyin vacibliyi iqtidar tərəfindən
dərk edilməkdədir? Yoxsa bu, ölkədə sosial-iqtisadi vəziyyətin ağırlığındna
doğan bir məcburiyyətdir?
Moderator.az-a açıqlama
verən “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev mövcud
reallıqların hakimiyyət tərəfindən tədricən başa düşüldüyünü vurğuladı:
“Bu proses ötən ildən
başlayıb və təşəbbüs iqtidardan olub. Bu, onu göstərir ki, iqtidar vəziyyətin gərginləşdiyini
başa düşür. Bu günün özündə də proqnozlar verilir ki, sosial-iqtisadi durum
daha da pisləşəcək. Bu isə öz növbəsində müəyyən ictimai narazılığa və s. səbəb
olacaq. Buna görə də belə bir dialoqun aparılması iqtidar üçün vacibdir. Bu, məsələnin
birinci tərəfidir. İkinci məqam isə ondan ibarətdir ki, Azərbaycanın üzərinə
götürdüyü beynəlxalq öhdəliklər var. Hansı ki, bu öhdəliklər yerinə yetirilməlidir.
Bu gün beynəlxalq və daxili proseslər hakimiyyət üçün elə də əlverişli deyil. Bir
sözlə, bu tipli dialoqun aparılması zamanın tələbidir”x9d.
Seymur Əliyev





























































































