İran hakimiyyətinə müxalif Ayətullah Sadiq Şiraziyə yaxınlığı ilə tanınan Al-Shaaer telekanalı Ərbəin mərasimləri zamanı Kərbəlada İslam Respublikası tərəfdarları ilə Şirazinin davamçıları arasında baş verən qarşıdurmanın görüntülərini yayımlayıb.
Bizim.Media xəbər verir ki, məlumata görə, İranın ali rəhbəri Müctəba Xameneinin tərəfdarları Kərbəlada Sadiq Şirazinin ofisinin qarşısından keçərkən ona qarşı şüarlar səsləndiriblər.
Bu isə Şirazinin tərəfdarlarının etirazına səbəb olub və tərəflər arasında qarşıdurma yaşanıb.
İnsident İraq polisinin müdaxiləsindən sonra bir neçə dəqiqə ərzində nəzarət altına alınıb.
Qeyd edək ki, Ayətullah Sadiq Şirazi vilayəti-fəqih nəzəriyyəsinin tanınmış tənqidçilərindən biridir. İranın hökumət mediası onu tez-tez "Britaniya şiəsi" hərəkatının lideri kimi təqdim edir.
Bizim.Media

- A-
- A
- A+
Region
15:28 / 04.08.2026
Kərbəlada qarşıdurma: Xamenei və Şirazi tərəfdarları üz-üzə gəldi - VİDEO
Hazırda oxunan: Kərbəlada qarşıdurma: Xamenei və Şirazi tərəfdarları üz-üzə gəldi - VİDEO
Hazırda oxunan: Kərbəlada qarşıdurma: Xamenei və Şirazi tərəfdarları üz-üzə gəldi - VİDEO
629269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































