Xəzər dənizində - Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən nəzarətsiz çimərlik ərazisində qeydə alınan növbəti faciənin təfərrüatı bəlli olub.
Bizim.Media xəbər verir ki, belə ki, Salyan rayonunun Həsənli kənd sakinləri, 36 yaşlı Aris Əlihəsənov və onun qardaşı oğlu, 15 yaşlı Həsən Əlihəsənov dənizdə boğularaq həyatlarını itiriblər.
Mərhumların qohumu bildirib ki, acı xəbər onlara telefon zəngi ilə çatdırılıb:
"Zəng gəldi ki, Aris qardaşıoğlu ilə birlikdə dənizdə boğulub. Çox sarsıldıq, çox çətindir. Bu ailəni hamı tanıyırdı, çox gözəl ailə idi".
Qeyd edək ki, hadisədən sonra dərhal axtarış-xilasetmə tədbirlərinə başlanılıb. Aparılan axtarışlar nəticəsində hər iki şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:16 / 04.08.2026
Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - VİDEO
Hazırda oxunan: Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - VİDEO
Hazırda oxunan: Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - VİDEO
629279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































