Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq

Hazırda oxunan: Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq

629253

Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov "28 May" stansiyasında xətlərin ayrılması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, avqustun 15-dən Bakı metropolitenində Yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq:

"Layihə çərçivəsində İçərişəhər–Həzi Aslanov istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və 28 May stansiyası normal iş rejimində fəaliyyət göstərəcək. Bu istiqamətdə hərəkət edən qatarlar 28 May stansiyasında dayanacaqlar.

Əsas dəyişiklik 28 May və Nizami stansiyaları arasındakı tunellərlə bağlıdır. Belə ki, avqustun 15-dən etibarən 28 Maydan Nizami istiqamətinə qatarların hərəkəti dayandırılacaq və xətlərin ayrılması layihəsi başa çatanadək hərəkət tamamilə yeni sxem üzrə təşkil olunacaq.

Layihənin icrası müddətində qatarların hərəkəti Dərnəgül–Nizami istiqamətində təmin ediləcək. Bundan əlavə, iki xətt arasında sərnişindaşımanın təşkili məqsədilə yerüstü ictimai nəqliyyatın işi də müvafiq qaydada tənzimlənəcək.

Məlumata görə, noyabr ayından etibarən İçərişəhər–Həzi Aslanov istiqamətində qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyə olacaq. Bunun üçün İçərişəhər stansiyasında gücləndirmə tədbirləri görülüb, əlavə maşinistlər cəlb olunub və qatarların stansiyanı daha operativ tərk etməsi təmin ediləcək. Dərnəgül–Nizami istiqamətində isə qatarların hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edəcək".

Bəxtiyar Məmmədov qeyd edib ki, proses 10-11 ay davam edəcək.

"Ekspres avtobuslar isə ödənişli olacaq", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin