Yüzlərlə toy təxirə salındı ­– evlənmək istəyənlər külli miqdarda ziyana düşdülər

Hazırda oxunan: Yüzlərlə toy təxirə salındı ­– evlənmək istəyənlər külli miqdarda ziyana düşdülər

629296

“Gəlinliyimi geyinən kimi makiyajım üzümdən axıb tökülür”, bu sözləri Böyük Britaniyadakı yüzlərlə gəlinliyi əlində qalmış, toyu baş tutmayan xanımlardan biri deyir. Bu yay toyları anomal istilərə görə baş tutmayan neçə belə cütlük külli miqdarda ziyana düşüb.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, “Dumanlı Albion”un evlənməyə hazırlaşan cütlüklərinin xəyalları qızmar günün altında əriyib buxarlanıb.

Toy planlaşdıran cütlüklər ölkənin ənənəvi iqlimini nəzərə alıb, yağışlı-sisli havalara tuş gəlməmək üçün yayın isti günlərini seçiblər. Əksər toylar da iyul, avqust aylarına planlaşdırılıb.

Bu plan da sözdə qalmır, qabaqcadan beh verilir, menyu razılaşdırılır, dizayn seçilir. Çox vaxt milli toy modelimizin əndazəni aşan dəbdəbəsindən gileylənirik. Amma ingilislər toy hazırlığında bizi geridə qoyarlar. Məsələn, ingilis gəlinə kirayə gəlinlik götürə bilməzsiniz, mütləq alınmalıdır, həm də brend olması şərtilə.
 

Toy salonu istər restoranda, istərsə də açıq havada özünəməxsus dizaynla təşkil olunmalıdır və istifadə olunan bütün çiçəklər təbii seçilir. Bəy də bizim üzüyola kürəkənlər kimi adi kostyum geyinə bilməz. Mütləq 3-lü, keyfiyyətli parçadan bəylik dəsti olmalıdır. Bütün bunları nəzərə alsaq, ən kasıb ingilis toyu bizim pulla təqribən 50 min manata başa gəlir. İndi həm toy yiyəsinin, həm də ziyafəti təşkil edən orqanizator şirkətin nə qədər maddi zərərə uğradığını təxmin etmək olar.  


İstini nəzərə almayıb toy edənlər isə peşman olurlar. Ağır gəlinlikdə, qat-qat makiyajda olan gəlinlər və jiletli kostyum geyinmiş bəylərə tərini silməyə salfet çatmır. Təcili sərin su və dondurma sifariş edərək toyu qoyub qaçan qonaqları saxlamaq üçün jest ediblər.
Daha bir zərbə isə alkoqol bazarına dəyib. Belə istidən heç bir toyda içki içilmir.

Şəfiqə Şəfa, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin