2026-cı ilin iyul ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 78 aptekdə yoxlama aparılıb.
AEM-dən Bizim.Media-ya verilən məlumata görə, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.
Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:27 / 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb – RƏSMİ
Hazırda oxunan: Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb – RƏSMİ
Hazırda oxunan: Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb – RƏSMİ
629305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































