Rövşən Nəcəf Peter Siyarto ilə görüşdü - FOTO

Hazırda oxunan: Rövşən Nəcəf Peter Siyarto ilə görüşdü - FOTO

629310

SOCAR-ın prezidenti Rövşən Nəcəf BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri Peter Siyarto ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə SOCAR-ın "yaşıl enerji" gündəliyi, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib.

Söhbət zamanı bərpa olunan enerji texnologiyalarının sənaye proseslərinə inteqrasiyası və müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin