ABŞ yaxın iki gün ərzində İranla, o cümlədən Hörmüz boğazında gəmiçiliyin normallaşdırılmasına imkan verəcək saziş imzalaya bilər
Bizim.Media xəbər verir ki, CNBC telekanalının məlumatına görə, sazişin mümkünlüyü barədə Bİrləşmiş Ştatların Maliyyə naziri Skott Bessent danışıb.
ABŞ-nin maliyyə nazirinin sözlərinə görə, saziş Hörmüz boğazından sərbəst gəmiçiliyi nəzərdə tutacaq.
"Biz iranlılarla danışıqlar aparırıq və bu gün və ya sabah Hörmüz boğazını açmaq, həmçinin bu münaqişədə vəziyyətin daha da normallaşmasına doğru irəliləmək məqsədilə saziş bağlamaq ehtimalı var", - deyə o, CNBC telekanalının efirində bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib.
Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
Bizim.Media






























































































