"Yuventus"dan ayrılan Filip Kostiçin yeni klubu məlum olub.
Bizim.Media xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını Niderlandda davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kostiç PSV ilə anlaşıb. 33 yaşlı futbolçu Eyndhoven təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Filip Kostiç 2025/26 mövsümündə "Yuventus"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:58 / 04.08.2026
“Yuventus”dan ayrıldı, bu kluba keçdi
Hazırda oxunan: “Yuventus”dan ayrıldı, bu kluba keçdi
Hazırda oxunan: “Yuventus”dan ayrıldı, bu kluba keçdi
629335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































