Gömrük nəzarəti və gömrük auditinin aparılması qaydaları müəyyənləşəcək, silah-sursatın gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 7 ay müddətində gömrük nəzarəti formalarının həyata keçirilməsi və gömrük auditinin aparılması qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti bu müddət ərzində döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını və pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə mühit zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını da hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 04.08.2026
Silah-sursatın gömrük rəsmiləşdirilməsi ilə bağlı YENİ QAYDALAR
Hazırda oxunan: Silah-sursatın gömrük rəsmiləşdirilməsi ilə bağlı YENİ QAYDALAR
Hazırda oxunan: Silah-sursatın gömrük rəsmiləşdirilməsi ilə bağlı YENİ QAYDALAR
629247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































