ABŞ administrasiyası İrandan zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a və ya üçüncü ölkəyə göndərməyi tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə The New York Times nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Söhbət İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanın əsas şərtlərindən birindən gedir.
Planlaşdırılır ki, ölkədən çıxarılan uran ya utilizasiya edilsin, ya da atom elektrik stansiyalarında yanacaq kimi istifadə olunsun.
Nəşr yazır ki, nüvə proqramı üzrə danışıqlar başlasa belə, onların payız aylarına və ya daha uzun müddətə qədər uzanacağı istisna edilmir.
Bəzi rəsmilər tərəflərin uran ehtiyatlarının taleyi ilə bağlı razılığa gələ biləcəyinə şübhə edirlər.
Bu baş verməyəcəyi təqdirdə, ABŞ həmin uran ehtiyatlarının 2025-ci ilin iyununda bombalanmış nüvə obyektlərinin dağıntıları altında qaldığını bəyan edə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:32 / 04.08.2026
ABŞ-ın İrandan TƏLƏBİ: Zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılsın
Hazırda oxunan: ABŞ-ın İrandan TƏLƏBİ: Zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılsın
Hazırda oxunan: ABŞ-ın İrandan TƏLƏBİ: Zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılsın
629270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































