Xaçmazda ağır cinayət törədən Bakı sakininə 20 il həbs cəzası verildi

Hazırda oxunan: Xaçmazda ağır cinayət törədən Bakı sakininə 20 il həbs cəzası verildi

629298

Xaçmazda yeniyetməni öldürməkdə, onun atasını isə bıçaqlamaqda təqsirləndirilən Şəhram Manafzadənin cinayət işi üzrə sonuncu məhkəməsi keçirilib.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşaraq prokuror Ziya Mansurov ittiham nitqi ilə çıxış edərkən təqsirləndirilənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Şəhram Manafzadə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin avqustunda Xaçmaz rayonu Xudat qəsəbəsi ərazisində baş verib.

Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayonunun Köhnə Xudat kəndinin sakinləri 1988-ci il təvəllüdlü Nurlan Məmmədrəhimov və oğlu 2009-cu il təvəllüdlü Cavidan Məmmədrəhimov tanıdıqları - 1990-cı il təvəllüdlü Şəhram Manafzadə tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıblar.

Nəticədə, 15 yaşlı Cavidan Məmmədrəhimov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Nurlan Məmmədrəhimov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən Şəhram Manafzadə hadisə yerindən yayınsa da, Xaçmaz polisi onu yaxalayıb və istintaqa təhvil verib.

Şəhram Manafzadə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 134, 221.3-cü (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin