Azərbaycanda ən populyar BRAUZER hansıdır?

Hazırda oxunan: Azərbaycanda ən populyar BRAUZER hansıdır?

629333

"Google Chrome" Azərbaycanda populyarlığına görə liderliyini qoruyub saxlayıb.

Bizim.Media xəbər verir ki, "Global Stats Statistika Mərkəzinin" məlumatına görə, iyul ayında "Google Chrome" brauzerinin Azərbaycan bazarındakı payı 80,7 faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi azalıb.

Bildirilir ki, hesabat dövründə "Safari" brauzerinin bazar payı 7,1 faiz olub ki, bu da əvvəlki ayla müqayisədə 0,03 faiz bəndi çoxdur.

"Global Stats"ın məlumatları əsasında aparılan hesablamalara görə, siyahıda növbəti yeri "Firefox" brauzeri tutub. Bu brauzerin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 0,33 faiz bəndi azalaraq 4,71 faiz təşkil edib.

"Global Stats Statistika Mərkəzi"nin məlumatına əsasən, hesabat dövründə "Samsung" internet brauzerinin bazar payı 0,1 faiz bəndi artaraq 4,66 faizə yüksəlib. "Opera" brauzerinin bazar payı isə 0,05 faiz bəndi azalaraq 0,99 faiz olub.

Qeyd olunur ki, "Microsoft Edge" brauzerinin bazar payı hesabat dövründə 0,18 faiz bəndi azalaraq 1,33 faiz təşkil edib.

Trend-in hesablamalarına görə, cari ilin iyul ayında "Brave" brauzerinin bazar payı əvvəlki ayla müqayisədə dəyişməyərək 0,14 faiz səviyyəsində qalıb.
 

Qeyd edək ki, "Global Stats"ın məlumatına əsasən, "Google Chrome" qlobal brauzer bazarında da lider mövqeyini qoruyur. Ondan sonra "Safari", "Microsoft Edge", "Firefox", "Samsung Internet", "Opera" və "Brave" gəlir. Belə ki, "Google Chrome"un dünya üzrə bazar payı 68,28 faiz, "Safari"nin 16,47 faiz, "Microsoft Edge"in 5,36 faiz, "Firefox"un 3,3 faiz, "Samsung Internet"in 2,06 faiz, "Opera"nın 1,89 faiz, "Brave" brauzerinin isə 0,62 faiz təşkil edib.


Xatırladaq ki, "Chrome for Developers" saytında yerləşdirilən məlumata əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Chrome brauzeri yeni versiyaların buraxılış dövrəsini dörd həftədən iki həftəyə endirəcək. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin