19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO

Hazırda oxunan: 19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO

629287

Ukraynanın Luçk şəhərində baş verən ağır yol qəzasının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, 19 yaşlı "Audi" markalı avtomobil sürücüsü qəza nəticəsində 14 yaşlı yeniyetmənin ölümünə səbəb olub.

Məlumata görə, sürücü daha əvvəl də sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə məsuliyyətə cəlb olunub. Bu səbəbdən məhkəmənin qərarı ilə o, növbəti 60 günü girov hüququ olmadan həbsdə keçirəcək.

Təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, onun müştərisi sürücülük vəsiqəsini yalnız iyulun əvvəlində alıb, avtomobili isə Polşada işləyərək qazandığı pulla alıb.

Məhkəmədə qəzanın günahkarı həlak olan yeniyetmənin yaxınlarından üzr istəyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin