Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, keçmiş Sovet İttifaqına daxil olmuş ölkələr nə qədər güclü və müstəqil olsalar, Rusiyanın artıq dağıdılmış təsir dairəsini bərpa etməsi bir o qədər çətin olacaq.
Bizim.Media xəbər verir ki, Zelenski Ukraynanın bu prosesdə əsas rol oynadığını vurğulayıb.
"Rusiya ilk növbədə bizi sındırmaq istəyir. Əgər buna nail olsa, postsovet məkanındakı digər ölkələrlə işi daha asan olacaq. Bunu hamı bilir və Ukraynanın töhfəsini yüksək qiymətləndirir", – deyə o bildirib.
Prezident əlavə edib ki, Ukrayna bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:29 / 04.08.2026
Zelenski: Rusiya postsovet ölkələrindən ilk növbədə bizi sındırmaq istəyir
Hazırda oxunan: Zelenski: Rusiya postsovet ölkələrindən ilk növbədə bizi sındırmaq istəyir
Hazırda oxunan: Zelenski: Rusiya postsovet ölkələrindən ilk növbədə bizi sındırmaq istəyir
629281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































