Rusiya ötən ay Ukraynaya 381 raket atıb – REKORD GÖSTƏRİCİ

Hazırda oxunan: Rusiya ötən ay Ukraynaya 381 raket atıb – REKORD GÖSTƏRİCİ

629271

İyul ayında Rusiya Ukraynaya qarşı həyata keçirdiyi raket hücumlarının sayına görə müharibə dövrünün ən yüksək göstəricisini qeydə alıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Bildirilib ki, iyul ərzində Rusiya Ukraynaya müxtəlif tipli ümumilikdə 381 raket buraxıb. Bu, gündə orta hesabla 12-dən çox raket deməkdir ki, həm ümumi say, həm də intensivlik baxımından müharibə başlayandan bəri rekord göstəricidir.

Məlumata əsasən, raketlər əsasən pilotsuz uçuş aparatlarından ibarət olan gecə, bəzi hallarda isə gündüz həyata keçirilən kombinə edilmiş hücumların daha nəzərəçarpan hissəsinə çevrilib.

Bununla yanaşı, iyul ayında raketlərin ümumi istifadə olunan döyüş sursatları içərisində payı da tarixi maksimuma çataraq 7 faizdən çox olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin