Xerson sakini Rusiya dronunun hücumundan necə xilas olduğunu danışdı – VİDEO

Hazırda oxunan: Xerson sakini Rusiya dronunun hücumundan necə xilas olduğunu danışdı – VİDEO

629285

Rusiyanın dron hücumundan yaralanan Xerson sakini həmin anları danışıb.

Bizim.Media xəbər verir ki, zərərçəkən səhər saatlarında şəhərə tərəvəz satmağa gəldiyini və bu zaman Rusiya dronunun onu hədəfə aldığını bildirib.

"Mən ona göstərirdim ki, bax, tərəvəzdir. Amma o, birbaşa mənə tərəf uçmağa başladı", – deyə o bildirib.

Onun sözlərinə görə, dron təxminən 30 saniyə ərzində onu təqib edib, halbuki qarşısındakı şəxsin mülki sakin olduğu aydın görünürdü.

Zərərçəkən əlavə edib ki, bu, Rusiyanın pilotsuz uçuş aparatının ona ikinci hücumudur.
 

"Bu artıq ikinci dəfədir. Birinci dəfə qaynanamgilə gedirdim. Onda qaçmağa macal tapdıq. Maşını təmir etdik, çünki işləmək, məhsul gətirib-aparmaq üçün başqa nəqliyyatımız yoxdur", – deyə o qeyd edib.


Hücum nəticəsində kişi kontuziya alıb və bel nahiyəsindən çoxsaylı qəlpə yaraları alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin