Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

Hazırda oxunan: Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

629238

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bizim.Media xəbər verir ki, icra başçısı təyin olunan Nurlan Hacıyev Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aparat rəhbəri idi. O, bu vəzifəyə ötən ilin avqust ayında təyinat almışdı.

41 yaşlı N.Hacıyev Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayıb. Sonrakı illərdə o, "Naxçıvanbank" ASC-nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin