İngiltərənin "Fulhem" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real"dan Sezar Plasiosu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu ispaniyalı hücumameyilli yarımmüdafiəçi üçün 10 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2031-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Fulhem" ötən gün "Real"dan hücumçu Qonsalo Qarsiyanı da transfer edib.
Bizim.Media





































































































