Azərbaycanlı futbolçu Türkiyə klubunda

Hazırda oxunan: Azərbaycanlı futbolçu Türkiyə klubunda

629315

"Karvan-Yevlax"dan ayrılan Elvin Yunuszadənin yeni klubu məlum olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü karyerasını Türkiyədə davam etdirəcək.

Yunuszadə "Boluspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Elvin Yunuszadə 2025/26 mövsümündə "Karvan-Yevlax"ın heyətində 19 oyunda meydana çıxıb. Təcrübəli oyunçu "Neftçi" və "Qarabağ"la 5 dəfə Azərbaycan çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin