İranda güclü partlayış: PUA-ların istehsal edildiyi zavod yanır? - VİDEO

Hazırda oxunan: İranda güclü partlayış: PUA-ların istehsal edildiyi zavod yanır? - VİDEO

629306

Bu gün Tehran əyalətində yerləşən Şəmsabad sənaye şəhərciyində güclü partlayış baş verib.

Bizim.Media xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə hadisə yerində yerləşən alüminium zavodundan qalxan qatı tüstü müşahidə olunur.

İran mediası "Tabnak"ın məlumatına görə, partlayış yanacaq çənində baş verən yanğından sonra qeydə alınıb. Bildirilir ki, hadisə yerində yanğınsöndürmə əməliyyatları davam edir.
 

Bəzi mənbələr zavodda pilotsuz uçuş aparatlarının istehsal edildiyini iddia edirlər. Habelə, bəzi şahidlər partlayışdan əvvəl raketə bənzər fərqli bir səs eşitdiklərini bildiriblər.


İran rəsmiləri isə hələlik hadisənin səbəbi və zərər görən müəssisənin fəaliyyəti ilə bağlı rəsmi açıqlama verməyiblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin