Bakıda 22 milyon manata muzey yaradılacaq

Hazırda oxunan: Bakıda 22 milyon manata muzey yaradılacaq

629319

Bakıda parkda Təbiət Tarix Muzeyi yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "iqtisadiyyat.az" Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.
 

Məlumata görə, Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış park ərazisində Təbiət Tarixi muzeyinin yaradılması, interyer işlərinin görülməsi, Muzeyin eksponatlarla təchiz edilməsi işlərinin aparılması nəzərdə tutulub.


Razılaşmaya əsasən, bu işləri “Fortis Construction” şirkəti həyata keçirəcək.

Müqaviləyə əsasən, sözügedən işlərin icrasına 22 milyon 505 min 248 manat sərf olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin