Anna Akopyanı sosial şəbəkələrdə təhdid edirlər – ÖZÜNDƏN AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Anna Akopyanı sosial şəbəkələrdə təhdid edirlər – ÖZÜNDƏN AÇIQLAMA – VİDEO

629276

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ailədaxili zorakılıq mövzusunu ictimai şəkildə gündəmə gətirdikdən sonra sosial şəbəkələrdə hədələr aldığını bildirib.

Bizim.Media xəbər verir ki, Akopyan bu səbəbdən həyatına təhlükə hiss etdiyini deyib.

"Ümid edirəm ki, dövlət qurumları buna imkan verməyəcək. Çünki baş nazirin həyat yoldaşının zorakılığın qurbanına çevrilməsi ölkənin nüfuzuna ciddi zərbə olar", – deyə o vurğulayıb.

Anna Akopyan qadınları psixoloji, fiziki, maliyyə və cinsi zorakılıq halları barədə açıq danışmağa və artıq buna dözməyəcəklərini bəyan etməyə çağırıb.

Onun sözlərinə görə, ailədaxili zorakılıq siyasi baxışından, təhsilindən və sosial vəziyyətindən asılı olmayaraq bütün qadınları narahat edən problemdir.

"Biz zorakılıq mədəniyyətinin həyatları məhv etməsinə və taleləri dağıtmasına imkan vermədən özümüzü, övladlarımızı, ailələrimizi və dövlətimizi qorumağa borcluyuq", – deyə Akopyan bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin