Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Hazırda oxunan: Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

40619
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefortu xüsusi nümayəndə kimi missiyasının başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. Nazir Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlıq münasibətlərinin yaradılması vacibliyini vurğulayıb.
Həmçinin E.Məmmədyarov cari ilin 23-24 yanvar tarixlərində Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə keçirdiyi görüşlər barədə məlumat verib.
Nazir F.Leforta gələcək fəaliyyətində uğurlar arzulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin