SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ prezidentlərini, Vladimir Putini və Barak Obamanı Ukraynadakı vəziyyətin normallaşdırılması istiqamətində danışıqlara başlması üçün təşəbbüsü ələ almağa çağırıb.
Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, SSRİ-nın sabiq prezidenti Mixail Qorbaçov açıq məktubla hər iki prezidentə müraciət edib.
Müraciətdə deyilir ki, ukraynalının ukraynalı ilə döyüşməsinə yol vermək olmaz: "Bu, dəhşətdir. Hadisələrin bu məcraya düşməsinin səbəbkarı nüfuzlu iki ölkənin hadislərə vaxtında müdaxilə etməməsi nəticəsində olub”.
M.Qorbaçovun fikrincə, indiki məqamda günahkar axtarıb, hadislərin inkişafına imkan vermək düzgün yanaşma deyil: "Ona görə də bu iki ölkənin lideri təcili olaraq baş verən zorakılığın və kütləvi qan tökülməsinin qarşısını almalıdırlar. Çünki Ukraynadakı hadisələr təkcə bu ölkə üçün deyil, eyni zamanda, Avropa, dünya üçün təhlükəldir”.








































































































