"Rusiya nəhəng İrana çevriləcək" - Davosda Rusiyanın gələcəyi proqnozlaşdırıldı...

Hazırda oxunan: "Rusiya nəhəng İrana çevriləcək" - Davosda Rusiyanın gələcəyi proqnozlaşdırıldı...

588212
"Bu adamın əllərini kim sıxacaq? Hətta sülh sazişi olsa belə, onun bütün bədəni qana bulaşıb..."
 
"Rusiya dünyadan təcrid edilmiş, qəddar və həyat səviyyəsi çox aşağı olan ölkəyə çevriləcək..."
 
"Rusiyanın Avropa İttifaqına enerjiresurslarının tədarükündən gəlirləri getdikcə azalacaq və nəticədə o, bu bazardan tamamilə məhrum olacaq..."
 
"Əvər Rusiyada rejim dəyişilərsə və sanksiyalar ləğv edilərsə, o zaman Qərb Rusiya ilə münasibətlərdə yanaşmanı dəyişməli olacaq..."
 
 
Davosda keçirilən Ümumdünya İqtisadi Forumun iştirakçıları Ukraynada müharibə və Qərb ölkələrinin sərt iqtisadi sanksiyaları şəraitində Rusiya Federasiyasının gələcəyini proqnozlaşdırıb.
 
Moderator.az xəbər verir ki, ekspert dəyərləndirmələrini "The Moscow Times" qəzeti dərc edib.
 
"Rusiya" sessiyası sammitin sonuncu günü keçirilib. Britaniya "Çatem haus" analitik mərkəzinin (Beynəlxalq münasibətlərin Kral İnstitutu) fəxri üzvü Robert Niblett qeyd edib ki, bu, rəmzi olaraq Rusiyanın bugünkü dünyada marginallaşmasını göstərir, bu zaman o, diqqət mərkəzində qalır.
 
İqtisadçıların sözlərinə görə, yaxın gələcəkdə Rusiya Venesuela, Kuba və İrana bənzəyəcək, təcrid edilmiş, qəddar və həyat səviyyəsi çox aşağı olan ölkəyə çevriləcək. Avropa ilə münasibətlərdə onu energetika əlaqələrinin tam kəsilməsi və hərbi qarşıdurma gözləyir.
 
Harvard Universitetinin beynəlxalq iqtisadiyyat üzrə direktoru Kennet Roqoff qeyd edib ki, sanksiyalar uzunmüddətli alətdir, onları saxlamaq və sərtləşdirmək gərəkdir, nəticədə onlar hətta,  Cənubi Afrika Respublikasında olduğu kimi, rejim dəyişikliyinə gətirib çıxara bilər. Lakin buna nail olmaq asan deyil. Ehtimal ki, Rusiya rusiyalıların vərdiş etdikləri həyat səviyyəsi ilə müqayisədə inanılmaz kasıbçılıq şəraitində "nəhəng İranın" yolu ilə gedəcək.
 
Avropa Komissiyanın icraçı sədr müavini Valdis Dombrovskis deyib ki, ötən il enerjidaşıyıcıları qiymətlərinin rekord yüksək olmasına rəğmən, Rusiyada resessiya baş verib, bu il daha da dərinləşəcək. Rusiyanın Avropa İttifaqına enerjiresurslarının tədarükündən gəlirləri getdikcə azalacaq və nəticədə o, bu bazardan tamamilə məhrum olacaq.
 
Müdafiə tədqiqatları Birləşmiş Kral İnstitutunun baş direktoru Karin fon Nippel deyib ki, əgər müharibədən sonra Vladimir Putin hakimiyyətdə qalacaqsa,  Qərb ölkələri üçün bu, "görünməmiş problem yaradacaq".
 
"Bu adamın əllərini kim sıxacaq?" - o, forumda sual edib. - Hətta sülh sazişi olsa belə, bu qədər beynəlxalq qanun və normalarının pozulması ucbatından onun bütün bədəni qana bulaşıb".
 
Fon Nippel əlavə edib ki, dünya belə vəziyyətlə hələ üzləşməyib və sanksiyalar saxlanılmaqla belə izqoy-dövlətlə necə münasibət qurmaq üzərində düşünmək lazım gələcək.
 
Lakin əgər hər halda Rusiyada rejim dəyişilərsə və sanksiyalar ləğv edilərsə, Qərb bu dəfə Rusiya ilə münasibətlərdə yanaşmanı dəyişməli olacaq, Roqoff hesab edir. Məsələn, mineral resurslara daha az çıxış əldə etməyə çalışmaq, yumşaq gücdən daha çox istifadə etmək lazım gələcək", - o, deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin