“FOX 35”x9d kanalında aparıcılıq edən Con Braun canlı yayımda əsəbləşib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb digər studiyadakı aparıcının erməniəsilli model-dizayner Kayli Cenner haqqında xəbəri oxuması olub.
Belə ki, Con “Artıq bu ailə haqqında danışmaq istəmirəm. Kardaşyanlar haqqında xəbər eşitməkdən bezdim. Verilişdə hər lənətə gəlmiş gün bu ailədən danışırıq. Kardaşyanlar heç kimin vecinə deyil. Bunun özü belə xəbər yükü daşımır. Bəsdir!”x9d, - deyə etirazını bildirib. Əvvəlcə studiyanı tərk edən aparıcı daha sonra qayıdaraq tamaşaçılara xoş həftə sonu arzulayıb.
Qeyd edək ki, digər aparıcı Kayli Cennerin aldığı yeni dovşana “Brus”x9d adı qoymasından bəhs edirdi.








































































































