ANS PRESS-in məlumatına görə, 1926-cı ildə dünyaya gələn Hefner Çikaqodandır. Onun qurduğu jurnal dünya miqyasında ən məşhur dərgidir. Jurnal milyonlarla tirajla yayılıb.
Hefner çılpaq şəkillər çəkərək satdığı üçün bir müddət həbsə də düşüb. 1963-cü ildə azadlığa çıxandan sonra dünyanın ən qısqanılan kişisi hesab edilir. "Keyf satıçısı" adlandırılan Hefner dünyanın ən zəkalı insanlardandır. Onun İQ balı 152-dir.
90 yaşa qədəm qoyan kişinin uğurunun altında da məhz bu amil dayanır.
89 yaşını qeyd etdiyi bu günlərdə Hefner və "Playboy" malikanəsinin haqqında bilinməyən maraqlı faktlar yayılıb.
"Playboy" malikanəsini kiraləyən Hefnerlə birlikdə burada onlarla qız qalır. Evin illik kirayəsi 1,4 milyon dollara çatır.
Evdə 12 aşpaz var. O, evinin ancaq mətbəx işlərinə ildə 1,2 milyon dollar xərcləyir. Hefnerin axşam yeməyi həmişə öz otağına gətirilir. Ona yeməyini ən gözəl qadınlar təqdim edirlər.
Malikanə bütün Los Ancelesdə fişəng atmağa icazəsi olan yeganə evdir.
Qızların akşam 21:00-dan sonra çölə çıxması qadağandır. Ümumiyyətlə malikanədə yaşayan heç kim bu saatdan sonra evi tərk edə bilməz. Təbii ki, ev sahibi getdikləri dəvətlər istisnadır.
Hefnerin qızlarından hər biri həftədə 1000 dollar maaş alır. Bu qadınların işi ancaq "Playboy" jurnalında çəkilməkdir.
Hefner Merlin Monronun yanında dəfn edilmək üçün 75 min dollar ödəyib və məzar yeri alıb.
"Playboy" jurnalının satışı bəzi müsəlman ölkələrində qadağan edilib. Məsələn, Hindistan, Çin, Myanma, Tayland, Sinqapur, İran, Səudiyyə Ərəbistanı və Pakistanda.
Hug Hefner 60 ildən çox bir müddət fəal redaktorluq həyatı ilə bu sahədə rekordu əlində saxlayan şəxsdir. Jurnalın indi 1.8 milyondan çox abunəçisi var.
















































































































